Rusiya

Rusiya çarəsiz qaldı: “Vaqner”i Kurska göndərir

8 Avqust 2024 12:31
Baxış: 1 297
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Vaqner" bölmələri sərhəddə hərbi əməliyyatlara qoşulmaq və ukraynalıların hücumuna müqavimət göstərmək üçün Kurska hərəkət edir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "On üçüncü" təxəllüsü ilə tanınan hərbi müxbir Yeqor Quzenko məlumat yayıb.

"Vaqner" döyüşçüləri Rusiyaya qayıdırlar", - hərbi müxbir öz Teleqram kanalında yazıb.

Quzenkonun dərc etdiyi videoda döyüşçülər Ukrayna ordusunun mövqelərini məhv etmək üçün Kurska hərəkət etdiklərini bildiriblər.

Qeyd edək ki, Ukrayna ordusunun bölmələri Kurska hücum edib və 11 kəndi ələ keçirib. Hazırda Ukrayna qüvvələrinin hücumu davam etdirilir, ərazidə şiddətli döyüşlər gedir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.