Rusiya

Rostov İstintaq Təcridxanasının əməkdaşları terrorçulara kömək etməkdə şübhəli bilinir - Yenilənib

16 İyun 2024 15:39
Baxış: 1 449
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:39

Rostovdakı 1 saylı istintaq təcridxanasının əməkdaşları terrorçulara qaçışlarını təşkil etməyə kömək edə bilərdilər.

Milli.Az APA-ya istinadən bildirir ki,  bu barədə Mash Telegram kanalı yazır.

Mənbənin sözlərinə görə, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları bu versiyanı nəzərdən keçirirlər.

---------
13:04


Rusiya Federal Penitensiar Xidmətin məlumatına görə, Rostov vilayətində istintaq təcridxanasında girov götürülən şəxslər məhv edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, ilkin məlumatlara görə, bir neçə cinayətkar öldürülüb. Hücum təxminən 3 dəqiqə davam edib.

Rostov İstintaq Təcridxanasının əməkdaşları xəsarət almayıblar.

---------

12:55

Terrorçularla danışıqlar nəticə verməyib, xüsusi təyinatlılar Rostov istintaq təcridxanasına hücum etməyə başlayıblar.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, hazırda Rostov xüsusi təyinatlıları məhkum edilmiş terrorçuların Federal Penitensiar Xidmətin iki əməkdaşını girov götürdüyü Rostov Mərkəzinə hücum edir.

Uzun müddət məhbuslarla danışıqlar aparılarkən, hadisə yerinin yaxınlığında tam döyüş geyimində olan xüsusi təyinatlılar növbətçilik edib. Danışıqlar heç bir nəticə vermədiyindən xüsusi təyinatlılar hücuma keçib.

Hadisə yerinə silah səslərindən əlavə təcili yardım sireninin səsləri də eşidilir.

Shot teleqram kanalı terrorçular tərəfindən girov saxlanılan 1-ci İstintaq Təcridxanasının əməkdaşları azad olunduğu, cinayətkarların məhv edildiyi barədə məlumat yayıb.

--------
12:10


Altı məhbus Rostov-Dondakı istintaq təcridxanasının kamerasındakı pəncərə barmaqlıqlarını qıraraq, növbətçi məntəqəyə daxil olublar.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Baza Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, məhbuslar orada işçiləri girov götürüblər. Əməliyyat şöbəsinin rəisi, polkovnik-leytenant Aleksandr B. və 1 saylı istintaq təcridxanasının növbətçi xidmətinin kiçik inspektorunun girov götürüldüyü qeyd edilib.

Rostov həbsxanasına hücum edənlərin 5-nin kiliyi müəyyən edilib: M.Ş. Saypudinov (Rusiya Cinayət Məcəlləsinin 161-ci maddəsinin 2-ci bəndi a.g.), A.M.Çiçkiyev (Cinayət Məcəlləsinin 205-ci maddəsinin 2-ci bəndi), D.V.Kamneyev (Cinayət Məcəlləsinin 288.2-ci maddəsi), T.M.Gireyev (Cinayət Məcəlləsinin 205.5-ci maddəsinin 2-ci hissəsi), Ş.A.Akiyev (CM-nin 205.5-ci maddəsinin 2-ci bəndi).

Gireyev, Çiçkiyev və Akiyev 2023-cü ilin dekabrında İŞİD-də iştirakda və terror aktı hazırlamaqda (onlar Qaraçayevo-Çərkəz Ali Məhkəməsinin binasına hücum etməyi planlaşdırırdılar) mühakimə olunublar. Gireyev və Akiyev 18 il, Çiçkiyev isə 18 il yarım müddətinə azadlıqdan məhrum ediliblər.

İlkin məlumata görə, istintaq təcridxanasında girov götürən cinayətkarlar avtomobil, silah və təcridxananı tərk etmək imkanı tələb edirlər.

Onlarla danışıqlar aparılır. Hadisə yerinə xüsusi təyinatlı polislər cəlb edilib.

Qeyd edək ki, Rusiya Federal Penitensiar Xidməti 2 nəfərin girov götürüldüyünü təsdiqləyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.