Rusiya

Təyyarə qəzaları: Putin “uçmaqdan” çəkinir?

11 İyun 2024 19:16
Baxış: 1 016
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin etibarlı yerli təyyarələrdən istifadə edir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov İran Prezidenti İbrahim Rəisinin helikopter və Malavi vitse-prezidenti Saulos Çilimanın təyyarə qəzasında həlak olmasından sonra Rusiya lideri Putinin hava nəqliyyatı ilə bağlı ehtiyat tədbiri görüb-görmədiyi barədə sualı cavablandırarkən deyib.

"Rusiya prezidenti yerli təyyarələrdən istifadə edir, bunlar da çox etibarlı təyyarələrdir. Həmin təyyarə və helikopterlərə xüsusi texniki qulluq göstərilir. Ölkəmizdə istənilən avadanlığa lazımi səviyyədə xidmət var. Bununla bağlı çox ciddi standartlar mövcuddur, təbii ki, bunlara dəqiq əməl olunur", - o bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.