Rusiya

Rusiyada su anbarında sızma - 3 nəfər öldü, 2 mindən çox ev su altında qalıb

6 Aprel 2024 11:29
Baxış: 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində su anbarının daşması nəticəsində 3 nəfər ölüb, 2400-dən artıq yaşayış evi və 3065 həyətyanı ərazi su altında qalıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə regional hökumətin mətbuat xidmətindən bildirilib.

Orsk şəhərinin meri Vasili Kozupitsa deyib ki, aprelin 6-da Ural çayının səviyyəsi normadan artıq qalxaraq 9,27 metr təşkil edib.

Məlumata görə, subasmaların 2 həftəyədək davam edəcəyi gözlənilir.

Vurğulanıb ki, Orenburqa martın sonunda leysan yağıb. Ona görə də aprelin 4-də bölgədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.