Rusiya

Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar

30 Mart 2024 14:48
Baxış: 885
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Jurnalistlər Moskva vilayətində "Crocus City Hall"dakı terror aktının sponsorluq etdiyi ehtimal olunan kriptopulqabı aşkar ediblər. Qeyd olunub ki, pulqabı ilə əlaqəli telefon nömrəsi "Xorasanın səsi" "Telegram" kanallarından birində (İŞİD-in Əfqanıstan qanadı) tapılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Terror aktı baş verən gün "Xorasanın səsi" ilə əlaqəli teleqram kanalında nömrəsi dərc edilmiş kriptopulqabıdan terrorçulara vəd edilənin təxminən yarısına bərabər məbləğ köçürülüb", - deyə mənbədən qeyd edilib.

Bildirilib ki, bu kanaldan "Crocus" konsert zalında terror aktını törədənləri öz sıralarına cəlb etmək üçün istifadə olunub.

Pulqabı "Tronscan" platformasında yerləşdirilib və bu il martın 13-də aktivləşdirilib.

"Xorasanın səsi" "Telegram" kanalının administratoru - "Mavlavi_56" ləqəbli biri üç dəfə paylaşım edərək uşaqlara və əsir ailələrə kömək üçün vəsait toplamaq barədə post paylaşıb. Bu yazılarda kriptopulqabının ünvanı olub.

"Crocus"da terror baş verən gün ona 1000 dollara qədər külli miqdarda pullar gəlməyə başlayıb. Ümumilikdə dörd köçürmə edilib və pulqabından demək olar ki, dərhal naməlum ehtiyaclar üçün pul çıxarılıb.

Terror aktını törədənlərdən biri Faridun Şamsiddin həbs olunduqdan sonra məlumat verib ki, qruplaşmaya terror aktına görə yarım milyon rubl (9,2 min manat) ödəyəcəyi vəd edilib.

Məbləğin təxminən yarısı karta köçürülüb. Terror aktından sonra kriptopulqabı vasitəsilə əməliyyatların artıq baş tutmadığı vurğulanıb.

Xatırladaq ki, Krasnoqorsk şəhərində "Crocus City Hall" konsert zalında terror aktı martın 22-də təşkil edilib. Rəsmi məlumatlara görə, hücuma görə azı 144 nəfər ölüb. İstintaq davam edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.