Rusiya

Rusiya Federal Gömrük Xidmətinin rəis müavini saxlanıldı

26 Mart 2024 14:19
Baxış: 1 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Federal Gömrük Xidmətinin rəis müavini, gömrük xidməti general-polkovniki Yelena Yaqodkina saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, o, gömrük rüsumlarının hesablanması zamanı məhsul çeşidinin müəyyənləşdirilməsi məsələləri ilə bağlı bir sıra korrupsiya cinayətlərində şübhəli bilinir.

Yaqodkina gömrük və digər ödənişlərin yığılması və inzibatçılığı üzrə daimi komissiyanın iclası başa çatdıqdan dərhal sonra saxlanılıb. Onun ofisində axtarış aparılıb, sonra Yaqodkina dindirilmək üçün Rusiya İstintaq Komitəsinə aparılıb.

Qeyd edək ki, Yaqodkina Rusiya gömrük orqanlarının əsas fiqurlarından biridir və Rusiya təhlükəsizlik qüvvələrinin tarixində general-polkovnik rütbəsinə qədər yüksələn üçüncü qadındır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.