Rusiya

“Çətin ki, bu, Ermənistanın maraqlarına cavab versin”

13 Mart 2024 17:41
Baxış: 635
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rusiya sərhədçilərinin İrəvan hava limanından çıxarılması çətin ki, Ermənistan və onun vətəndaşlarının təhlükəsizliklə bağlı maraqlarına cavab versin".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib. 

Onun sözlərinə görə, məsələ ilə bağlı qərarlar qurumlararası işin yekununda qəbul ediləcək.

Zaxarova qeyd edib ki, İrəvanda "Zvarnots" aeroportundan rusiyalı sərhədçilərin çıxarılması ilə bağlı Rusiyaya qurum xətti ilə bildiriş göndərilib: "Moskva diplomatik kanallar vasitəsilə heç nə almayıb".

Xatırladaq ki, martın 12-də Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib ki, erməni sərhədçilər avqustun 1-dən etibarən "Zvarnots" hava limanında xidmətə başlayacaqlar. Bundan əvvəl isə, Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın Ermənistandan "Zvarnots" hava limanında rusiyalı sərhədçilərin işini dayandırması barədə bildiriş aldığını açıqlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.