Rusiya

"20 Yanvar"ın təşkilatçılarından daha biri öldü

28 Fevral 2024 18:25
Baxış: 822
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

SSRİ-nin sonuncu Baş naziri, sabiq senator Nikolay Rıjkov 95 yaşında vəfat edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə Federasiya Şurasının sədri Valentina Matvienko özünün "Telegram" kanalında məlumat verib.

Qeyd edək ki, N.Rıjkov 1985-1991-ci illərdə SSRİ-nin baş naziri olub. O, 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıya yeridilməsi qərarını verən şəxslərdən biridir. 

"Bakıya ordu hissələrini yeritmək qərarı Mixail Qorbaçovun kabinetinə birgə qəbul olunub. İclasda SSRİ Ali sovetinin sədri Anatoli Lukyanov, müdafiə naziri Dimitri Yazov, DTK-nın sədri Kryuçkov, DİN naziri Bakatin və mən iştirak etmişik", - deyə Rıjkov qətliam barədə danışarkən bildirib.

Heç bir rəsmi fərman olmadan keçirilən bu hərbi əməliyyata rəhbərlik etməsinə gəlincə, Rıjkov siyasətlə məşğul olmadığını, ancaq "məsələni həll etdiyini" demişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.