Rusiya

Ermənistan ordusunda RƏZALƏT - qadın kişilərlə eyni... - VİDEO

23 Yanvar 2024 15:31
Baxış: 1 522
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gənc çağırışçılarla eyni hərbi komissarlıqda yoxlamadan keçir, oğlanlarla eyni avtobusda hərbi hissəyə yola salınır...

Oğlanların baxışından isə bir sual yağır, onun burada nə işi var?

Hərbi hissənin yeməkxanasında elə kişilərlə birgə nahar edən Milenadır.

Hansı ki Ermənistanda qadınlar üçün könüllü 6 aylıq məcburi hərbi xidmət proqramı çərçivəsində ordu sıralarına qatılan qızlardan ilki...

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, ikinci Qarabağ müharibəsindən sonra xeyli sayda hərbiçi itirən Ermənistan rəhbərliyi ordudakı boşluqları doldurmaq üçün qadınların da hərbi xidmətə cəlb ediləcəyini dəfələrlə bildirmişdi. Erməni qadınlarının hərbi şəraitə dözə bilib və ya bilməyəcəyini böyük sual işarəsi kimi qəbul edən hökümət belə bir qərar qəbul edib ki, bu proqramda məcburilik prinsipi önə çəkilsin.

Hərbi ekspert Rizvan Fikrətoğlu deyir ki, qadınların hərbi xidmət keçdiyi ölkələrdə qadın hərbçilər üçün ən müasir infrastruktur yaradılır. Ermənistanda isə əksinə, qadın hərbçi kişi ilə eyni kazarmada yaşamağa, yatmağa məcbur olacaq.

O, hesab edir ki, bu cür şəraiti gördükdən sonra çətin ki, Ermənistanda qadınların hərbi xidmətə marağı artsın.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.