Rusiya

Rusiyada bazar yanır

22 Yanvar 2024 11:18
Baxış: 1 293
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Samara vilayətində bazar yanır.

Milli.Az APA-ya istinadən bildirir ki, Kirov bazarında başlayan yanğının sahəsi 1000 kvadrat metri keçib.

Hadisə yerinə yanğın qatarının göndərildiyi bildirilib. Yanğınla 80 yanğınsöndürən və 22 texnika mübarizə aparır.

Qeyd edək ki, Rusiyada son zamanlar bazar və anbarlarda genişmiqyaslı yanğınların baş verməsi mütəmadi hal alıb. Bir neçə gün bundan qabaq Çelyabinsk vilayətində iri tikinti bazarı yanmışdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.