Rusiya

Rusiyada ciddi böhranla üz-üzə

4 Dekabr 2023 18:44
Baxış: 1 084
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya şirkətlərinin 85%-də kadr çatışmazlığı var.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə RBK məlumat yayıb.

Bildirilib ki, il ərzində işəgötürənlər tərəfindən dərc edilən vakansiyaların sayı 57%-dən çox artıb, işçilər haqqında məlumatlar isə daha da azalıb. Nəticədə vakant yerlər üçün rəqabət 34% azalıb və kadrların işə qəbulu nəzərəçarpacaq dərəcədə çətinləşib.

Agentliyin məlumatına görə, fəhlələr, mühəndislər, yük maşını sürücüləri və ixtisaslı işçilər çatışmazlığı lap çoxdur. Bundan əlavə, sənaye müəssisələri də fəal şəkildə yeni işçilər axtarırlar.

"SuperJob" analitik mərkəzinin məlumatında isə qeyd olunub ki, Rusiyanın işçi qüvvəsi qocalmaqda davam edir:

"Son ildə işçilərin orta yaş həddi 2-3 il artıb. Məsələn, yük maşını sürücülərinin yaşı həddi 42-dən 44-ə, fəhlələrin yaş həddi isə 32-dən 35-ə qalxıb".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.