"Hazırda Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında təmas planlaşdırılmayıb".
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, lakin Paşinyan MDB-nin Sankt-Peterburqda keçiriləcək görüşünə gələrsə, tərəflər arasında görüş imkanı yaranacaq.
Xatırladaq ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Paşinyanın dekabrda Rusiyaya səfər edəcəyini açıqlayıb. O bildirib ki, Ermənistanın Baş naziri MDB ölkələri liderlərinin ənənəvi qeyri-rəsmi görüşü və Avrasiya İqtisadi İttifaqının rəsmi görüşü üçün Sankt-Peterburqa gedəcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun