Rusiya

17-ci mərtəbədən yıxılan işçilər sağ qaldılar

23 Oktyabr 2023 16:32
Baxış: 1 526
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Cənubi Saxalin vilayətində tikinti meydançasında çalışan 3 işçi 17-ci mərtəbədən yıxılıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ilkin məlumata görə, işçilər çalışma zamanı təhlükəsizlik tədbirlərinə riayət etməyiblər.

Onlardan ikisi dördüncü mərtəbədə dayanıb, biri isə yerə düşüb. İşçilərin hamısı ağır yaralanıb, biri huşunu itirib.

Saxalin Səhiyyə Nazirliyinin məlumatına görə, xəstəxanaya yerləşdirilən işçilərdən hazırda iki nəfərin vəziyyəti ağır, birinin vəziyyəti orta qiymətləndirilir.

Hadisə ilə bağlı prokurorluq orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.