Rusiya

Moskvada yaşayış binalarının yaxınlığında raket zavodu istifadəyə verildi

19 Oktyabr 2023 10:34
Baxış: 1 075
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvanın Nekrasovka rayonundakı "Rudnevo" sənaye parkının ərazisində raket istehsal edən zavodun tikintisi başa çatıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yaxın günlərdə zavodda hava hücumundan müdafiə raketlərinin istehsalına başlanılacağı bildirilir.

Moskva şəhər administrasiyasının mətbuat xidməti qeyd edir ki, zavodun açılışında Moskva meri Sergey Sobyanin, müdafiə naziri Sergey Şoyqu və sənaye və ticarət naziri Denis Manturov iştirak ediblər.

Açılış mərasimində qeyd olunub ki, raket istehsal edən müəssisəni rekord sürətlə - səkkiz ay yarıma inşa edib bitirmək mümkün olub.

Rusiya mətbuatı isə yazır ki, raket istehsal ediləcək "Rudnevo" sənaye parkı yaşayış binalarının yaxınlığında yerləşir.

Belə ki, təkcə internet xəritəsi üzərindən nəzər salanda məlum olur ki, zavoda ən yaxın ev 500 metr məsafədə yerləşir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.