Rusiya

Müharibə Rusiya ərazisinə keçir - Putin buna hazırlaşır

14 İyun 2023 11:37
Baxış: 1 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin təhlükəsizliyi üçün "sanitar zona" yaratmağa hazırlaşır. Bu, Rusiyada hərbi vəziyyətin tətbiqi üçün ilkin şərtdir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert, ehtiyatda olan polkovnik Roman Svitan deyib.

O bildirib ki, Putin 5 vilayətdə - Belqorod, Kursk, Bryansk, Voronej və Rostovda hərbi vəziyyət elan etməyə hazırlaşır və bu, hərbi baxımdan məntiqlidir:

"Orada hərbi vəziyyət elan edib, hərbi administrasiya təyin edilə bilər. Məhz bu Rusiyanın digər bölgələri üçün sanitar zonadır. Rusiya ordusunun Ukraynadan çıxarılmasından sonra onlar şimaldan cənuba qədər yeni cəbhə xətti yaratmalı və dövlət sərhədi boyunca bu xətti qorumalı olacaqlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.