Rusiya

Arvadının 12 yaşlı qardaşını hamamda baltaladı

4 Aprel 2023 10:24
Baxış: 2 206
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Başqırdıstan Respublikasında 12 yaşlı yeniyetməni öldürməyə cəhddə şübhəli bilinən 27 yaşlı kişi saxlanılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, istintaqın məlumatına görə, saxlanılan şəxs birgə yaşadığı müddətdə həyat yoldaşının 12 yaşlı qardaşı ilə mütəmadi olaraq münaqişələr edib. Növbəti qalmaqal zamanı kişi onun hamamda olduğu andan istifadə edərək içəri girərək qurbanını balta ilə doğrayaraq yeniyetmənin ayaqlarına və qollarına çoxlu zərbələr vurub.

Bundan sonra şübhəli şəxs intihara cəhd etsə də, yaxınları onun qarşısını alıblar. Daha sonra hadisə yerindən avtomobillə qaçıb, lakin yolda huşunu itirib. O, xəstəxanaya yerləşdirildikdən sonra polis tərəfindən tapılıb. 12 yaşlı gənc xəstəxanada ağır vəziyyətdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.