Rusiya

Anasını çəkiclə öldürüb, bıçaqla başını kəsdi

26 Yanvar 2023 19:00
Baxış: 1 128
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Volqoqradda 15 yaşlı yeniyetmə anasını öldürməkdə şübhəli bilinir. O, qadını yatarkən çəkiclə vurub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Kanatçikov prospektində yerləşən evin mənzillərindən birində 42 yaşlı qadının meyiti tapılıb.

"25 yanvar 2023-cü il tarixində səhər saatlarında 15 yaşlı yeniyetmə çəkic götürərək yatmış anasının baş nahiyəsinə 10-a yaxın zərbə endirib. Bundan sonra azyaşlı bıçağı götürərək qadının boynuna bir zərbə endirib", - Rusiya İstintaq Komitəsinin açıqlamasında bildirilir.

İstintaqın məlumatına görə, bundan sonra şagird polisə zəng edərək evə qayıdarkən anasının öldüyünü gördüyünü bildirib. Lakin oğlanın paltarında və bədənində çoxlu qan izləri aşkar edilib. Yeniyetmə həbs edilib. Faktla bağlı "Qətl" maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.