Rusiya yaxın zamanda Xersonu itirəcək və bu, Rusiya cəmiyyətində ağrılı situasiyaya gətirib çıxaracaq.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının keçmiş deputatı İlya Ponomaryov deyib.
"Bu, aydın məsələdir. Surovikinin (Rusiyanın Ukraynadakı qoşunlarının komandanı - red.) dediklərini də nəzərə alsaq, o da bunu anlayır. Ona görə də bu, baş verəcək", - deyə o bildirib.
Ponomaryovun sözlərinə görə, Sergey Surovikin Xersonun itirilməsindən sonra Şoyquya yönələn tənqidlərin dəf olunması üçün Ukraynadakı Rusiya qoşunlarına komandan təyin edilib.
Milli.Az