Rusiya

Putin əsəbiləşdi: Məni onunla müqayisə etməyin

2 Oktyabr 2025 23:11
Baxış: 440
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Putin özünü I Aleksandrla müqayisələndirməkdən imtina edib.

Milli.Az-ın Globalinfo.az-a istinadən xəbərinə görə, Putin bəyan edib ki, onu imperator I Aleksandrla müqayisə etmək olmaz.

"I Aleksandrdan fərqli olaraq mən xalqın iradəsi ilə və müəyyən müddətə seçilmişəm. I Aleksandr imperator idi, mən isə xalq tərəfindən seçilmiş prezidentəm. Bu, böyük fərqdir. İkincisi, I Aleksandr Avropanı güc yolu ilə birləşdirib", - Putin vurğulayıb.

Putin həmçinin Qərbin Ukraynadakı eqoist məqsədlərini də ifşa edib.

Onun sözlərinə görə, Qərb Ukraynadakı müharibədən qazanc əldə etmək və öz məqsədlərinə çatmaq üçün istifadə edir.

"Onlar üçün Ukraynadakı müharibə daha böyük oyunda əsas kartdır. Bu, sadəcə öz geosiyasi məqsədlərinə nail olmaq, nəzarət zonasını genişləndirmək, müharibədən az da olsa pul qazanmaq üçün bəhanə və üsuldur", - dövlət başçısı vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.