Rusiya

Rusiyada səfərbərliyə çağırılan 10 min nəfərə yaxın şəxs qayıtdı

22 Oktyabr 2022 16:44
Baxış: 1 553
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada ölkə üzrə səfərbərliyə cəlb edilən təxminən 10 min nəfər müxtəlif səbəblərdən vətənə qaytarılıb.

Bununla bağlı Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədri Andrey Kartapolov Sankt-Peterburqa səfəri zamanı jurnalistlərə verdiyi açıqlamasında bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Kartapolov qeyd edib ki, qaydalara zidd aparılan səfərbərliyin bu səhvi araşdırılır.

"Sözsüz, belə hallar varsa, araşdırılır və təbii ki, həmin şəxs geri qaytarılacaq".

Qeyd edək ki, Rusiyada Prezident Vladimir Putin sentyabrın 21-dən qismən səfərbərlik haqqında fərman imzalayıb.

Oktyabrın 14-də isə Putin səfərbərliyi iki həftə ərzində başa çatdıracaqlarını açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.