Rusiya

“Salvador Dali” polisi bıçaqlamağa cəhd etdi - VİDEO

15 Sentyabr 2022 19:32
Baxış: 866
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Vladivostok şəhərində bir gənc polisi bıçaqlamağa cəhd edib.

O, Salvador Dali maskasında olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ilkin ehtimallara görə, sosial şəbəkələrdə naməlum şəxslər ona bunun üçün xeyli məbləğdə pul verəcəklərini vəd ediblər.

Gənc əvvəlcə polisin üzünə bibər qazı sıxıb, sonra isə bıçaqla vurmaq istəyib. Polis hücum cəhdinə tez reaksiya verib və müqavimət göstərib. O, gənci saxlamağa çalışıb. Lakin gənc fəal müqavimət göstərərək qaçmağa cəhd edib. Bu zaman polis havaya atəş açıb.

O da nəticə vermədikdə gəncin ayağına zərbə vurmalı olub.

Omba nahiyəsindən yaralanan 16 yaşlı gənc xəstəxanaya çatdırılıb.

Polis əməkdaşı xəsarət almayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.