Rusiya

Eskalatorda öpüşən oğlanı nokaut etdi - FOTO

9 İyun 2022 10:48
2 Şərh     Baxış: 80 790
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dağıstan polisi Mahaçqalanın ticarət mərkəzində baş vermiş dava faktı ilə bağlı inzibati iş açıb.

Münaqişənin iştirakçılarından biri də MMA döyüşçüsü Şarabuddin Maqomedov olub. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "vesti.ru saytı məlumata yayıb.

28 yaşlı Şarabuddinin dediyinə görə, ticarət mərkəzinin eskalatorunda dava təxminən bir ay əvvəl baş verib, lakin bu hadisə yalnız münaqişə görüntüləri internetdə görünəndən sonra müzakirəyə səbəb olub. 

İlkin məlumata görə, idmançı hər kəsin gözü qarşısında xanımını öpən bəyə irad tutub.

Kişilər əxlaqla bağlı mübahisə edib, sonra Maqomedovun rəqibi qəfildən davaya girib. Kişiləri mağaza işçiləri ayırıb.

Lakin Maqomedov çıxışda oğlanıı gözləyib və mübahisəni bir zərbə ilə həll edib, onu nokauta salıb. 

İdmançı deyib ki, mübahisədən sonra o və rəqibi ilə yumruq işlətmədən vəziyyəti müzakirə etmək qərarına gəliblər və hər ikisi belə davranmağın tərəfdarı olmadığını bildirib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.