Rusiya

Məşhur rusiyalı aktrisa eyvandan Ukrayna bayrağını asdı

1 İyun 2022 16:30
1 Şərh     Baxış: 1 078
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur rusiyalı aktrisa Oksana Fandera eyvanından Ukrayna bayrağını asıb. O, bu hərəkəti ilə doğulduğu Ukrayna ilə həmrəy olduğunu ifadə edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Fandera Rusiyanın Ukraynaya müdaxiləsindən dörd ay sonra eyvanından asdığı ​​böyük Ukrayna bayrağının fotosunu paylaşıb.

Şəklin təsvirində o, doğma şəhərinə həsr etdiyi şeirdən bir parça sitat gətirib. Fandera bu barədə "Telegram" kanalında məlumat yayıb.

Şəkli isə qısaca "Anama - O şəhərə" kimi şərh edib.

Ötən gün rusiyalı aktrisa öz bloqunda qeyd edib ki, azadlıq verilən bir şey deyil, əlindən alınmasının mümkün olmadığı bir şeydir.

Qeyd edək ki, Oksana Fandera Odessada doğulub. O, 14 yaşında Moskvaya köçüb, orada oxuyub və karyerasını orada qurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.