Rusiya

Rusiya tələsir, ordunu bu istiqamətə göndərir - Pentaqon

30 Aprel 2022 11:06
0 Şərh     Baxış: 1 429
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya qüvvələri Donbasdakı hücum planından geridə qalır və on minlərlə Ukrayna əsgərini mühasirəyə almaq məqsədindən uzaqdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Nyu York Tayms" qəzeti Pentaqonun yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

Pentaqon rəsmisi bildirib ki, hazırda Rusiyanın Ukraynanın şərqində və cənubunda döyüşən 92 alay qrupu var. Bu, bir həftə əvvəlki 85-dən çoxdur, lakin hələ də müharibənin birinci mərhələsində istifadə etdiyi 125-dən azdır. Hər bir alayda 700-1000 arası əsgər var.

Onun sözlərinə görə, Rusiya hərbçiləri tələsir və bunu xüsusən Mariupolda döyüşən onlarla alayın bir neçəsinin Donbasın şimal-şərqində gedən daha böyük hərbi əməliyyatlara cəlb edilməsi təsdiqləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.