Rusiya

Məhkəmə “Exo Moskvı”nın iddiasını rədd edib

20 Aprel 2022 18:36
0 Şərh     Baxış: 670
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məhkəmə "Exo Moskvı"nın radiostansiyasının və internet saytının bərpası tələbi ilə bağlı iddianı rədd edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, məhkəmə Exo Moskvı radiosunun və onun saytının bloklanmasını qanuni hesab edib.

Radiostansiyanın keçmiş baş redaktoru Aleksey Venediktov bildirib ki, məhkəmə zamanı Baş Prokurorluğun bir media orqanı kimi "Exo" saytının ləğvini tələb etmədiyi məlum olub.

Qeyd edək ki, Rusiyanın Ukraynada hərbi əməliyyatlarının əleyhinə təbliğat apardığına görə, "Exo Moskvı" radiosu daxil olmaqla bir sıra media orqanlarının fəaliyyəti dayandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.