Rusiya

Rusiya bu ölkədən zərbə vurmağa hazırlaşır

16 Aprel 2022 15:07
0 Şərh     Baxış: 1 561
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya qoşunları Ukraynanın şərqində yeni hücuma hazırlaşır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

O bildirib ki, düşmən bunun üçün tibb infrastrukturu hazırlayır və Belarus ərazisindən raket buraxmağı hədəfləyir:

"Təkcə hərbi texnika, şəxsi heyət toplamır, həm də yaralılara yardım üçün səhiyyə infrastrukturu da hazırlayır. Həmçinin mümkün qədər ehtiyat toplayıb, Belarus ərazisindən zərbələrə hazırlaşırlar".

Qeyd edək ki, Rusiyanın Ukraynanın şərqində genişmiqyaslı hücum üçün hazırlıqlarını tamamlamaq üzrə olduğu haqda məlumatlar səsləndirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.