Rusiya

Rusiyalı milyarderə heç kəs borc vermədi: İşçiləri...

5 Aprel 2022 20:48
2 Şərh     Baxış: 1 119
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Milyarder Roman Abramoviç sanksiyalara görə Hollivuddakı amerikalı dostlarından borc istəyib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Page six" saytı məlumat yayıb. 

Məlumata görə, Abramoviç işçilərinə həftəlik 750 min dollar pul ödəməlidir. Bunun üçün o, nüfuzlu dostlarına müraciət etmək məcburiyyətində qalıb. Amma yaxınları ona borc verməkdən çəkiniblər. 

Bildirilir ki, rusiyalı milyarder Hollivud prodüseri, rejissoru Brett Ratner və Rotşild ailəsinə müraciət etsə də, rədd cavabı alıb. 

Onlar nəğd pulları olmadığını, hesaba köçürmə edəcəkləri təqdirdə sanksiyalara məruz qalacaqlarını bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.