Rusiya

Abramoviç gizli şəkildə Polşaya getdi: Putin göndərib?

26 Mart 2022 12:30
0 Şərh     Baxış: 2 052
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı oliqarx Roman Abramoviç Polşaya gedib. Onun səfərinin mümkün məqsədi ABŞ Prezidenti Co Baydenlə danışıqlar aparmaqdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu polşalı jurnalist Yakub Staxovyak Tvitter səhifəsində yazıb.

"Martın 24-də Roman Abramoviç qatarla gizli şəkildə Ukraynadan Polşaya gəldi", - jurnalist bildirib.

Onun sözlərinə görə, Abramoviç sərhədi Portuqaliya pasportu ilə keçib.

"Mümkündür ki, Prezident Co Baydenlə qeyri-formal görüş olsun. Milyarderi Putin göndərib?" - deyə jurnalist sual edib.

Qeyd edək ki, bundan öncə Ukrayna lideri Zelenskinin Abramoviçin Rusiya ilə danışıqlarda mühüm rolunu nəzərə alaraq, ona tətbiq edilən sanksiyaların dondurulmasını ABŞ lideri Baydendən xahiş etdiyi haqda məlumat yayılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.