Rusiya

Xalq artistinin xanımının psixoloji vəziyyəti yaxşı deyil

15 Mart 2022 20:54
0 Şərh     Baxış: 1 261
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Yusif Eyvazovun xanımı, opera divası Anna Netrebkonun psixoloji vəziyyəti qaydasında deyil. 

Milli.Az olay-a istinadən xəbər verir ki, Rusiyanın Xalq artisti səhnə ilə müvəqqəti olaraq vidalaşıb və zamanını mətbəxtdə keçirir. Pərəstişkarları hazırda çətin günlər keçirən opera Netrebkonun durumundan narahatdırlar.

Müğənni çıxışlarını ləğv etmək və başqa vaxta keçirməklə yanaşı, həm də ağır xəstələnib.

"Uşaqlar, mən sağam. Yüngül bronxit və faringitim var. Amma bunların hamısı xırda şeylərdir", -deyə Netrebko bildirib. 

Xatırladaq ki, Netrebko bir neçə gün əvvəl istirahət üçün fasilə verərək səhnəni tərk etmək qərarına gəldiyini bildirmişdi. Demək olar ki, hər gün xarici mətbuatda onun müxtəlif ölkələrdəki çıxışlarının təxirə salınması və ləğv edilməsi barədə xəbərlər yayılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.