Rusiya

Spiker mədəniyyət işçilərini hədələdi: "Müharibəni dəstəkləməyənin vəzifəsi alınacaq"

3 Mart 2022 18:36
0 Şərh     Baxış: 1 167
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Dövlət Duması ölkənin Ukraynada keçirdiyi hərbi əməliyyatı dəstəkləməyən mədəniyyət xadimlərini istefaya göndərməyi təklif edib. Bu təkliflə dumanın spikeri Vyaçeslav Volodin çıxış edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "TASS" siyasətçinin "Rossiya 24" telekanalına müsahibəsinə istinadən məlumat yayıb.

Volodin belə şəxslərin bir qayda olaraq büdcə təşkilatlarında vəzifə tutduqlarını vurğulayıb və onları aldıqları qrantlardan imtina etməyə çağırıb.

"Özünüzü iki yerdə tapa bilməyəcəksiniz, orada olsanız heç kimə lazım deyilsiniz. Onlar bundan istifadə edəcəklər, sonra ölkənizin olmaması üçün hər şeyi edəcəklər, daha sonra belə işbirlikçi mövqe tutanlara, xalqına, dövlətinə xəyanət edənlərə yenə də xor baxacaqlar", - deyə spiker bildirib.

O, həmçinin əvvəllər Münhen Filarmoniyasında işindən uzaqlaşdırılan rusiyalı dirijor Valeri Gergievin hərəkətini vətəndaş məsuliyyəti və ölkəsinə münasibət nümunəsi adlandırıb:

"Gergievə dedilər: Ya Ukraynadakı hərbi əməliyyatı pisləyirsən, ya da getməlisən. Neytral mövqe yoxdur. O, Dövlət Departamentinin dedikləri ilə razılaşmalı idi. O, bu yolla getməyib və onu işdən çıxarıblar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.