Rusiyanın Ukraynaya qarşı süni intellektə əsaslanan insan təsvirlərinin sintezi metodikası olan "deepfake" texnologiyasından istifadə etməyi planlaşdırdığı iddia olunur.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi yayıb.
Bildirilir ki, Rusiya tərəfi təxribat üçün ölkə Prezidenti Volodimir Zelenskinin üzündən istifadə edə bilər.
Baş Kəşfiyyat İdarəsi hər kəsi bu cür videolara inanmamağa çağırıb.
Milli.Az