Rusiya

Boyu 150 sm-dan qısa olanlara sürücülük qadağası

23 Sentyabr 2025 21:48
Baxış: 412
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya Federasiyasında sentyabr ayından qüvvəyə minən qanuna əsasən, boyu 150 santimetrdən az olan şəxslər sürücülük vəsiqəsi ala bilməyəcəklər.

Milli.Az xəbər verir ki, qərar yollarda təhlükəsizliyin təmin olunması məqsədi ilə qəbul edilib.

Yeni qaydalara görə, sürücülük hüququ üçün əks göstərişlər siyahısına həmçinin ağır psixi pozuntular, sinir sistemi xəstəlikləri, epilepsiya, eşitmə və vestibulyar pozuntular da daxildir. Bundan əlavə, bir gözdə görmə göstəricisinin ən azı 0,6, digərində isə 0,2 faiz olması tələb olunur. Bir gözün tam korluğu isə artıq bütün kateqoriyalar üzrə sürücülük vəsiqəsi almağa qadağa sayılır.

Bununla yanaşı, qanun amputasiya olunmuş aşağı ətraflara malik şəxslər üçün müəyyən güzəştləri nəzərdə tutur. Əgər onların əl ilə idarə olunan uyğunlaşdırılmış avtomobili varsa, nəqliyyat vasitəsini idarə etmələrinə icazə veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.