Hadisə

Avtobusda qızlar arasında əlbəyaxa dava - VİDEO

23 Sentyabr 2025 17:20
Baxış: 580
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Bakubus" avtobusunda sərnişinlər arasında dava olub.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisənin Xətai rayonu ərazisində baş verdiyi iddia edilir. 

Sosial şəbəkələrdə yayılan videodan da görünür ki, iki gənc qız arasında mübahisə əlbəyaxa davaya çevrilib.

Hadisə ilə bağlı "BakuBus" MMC-dən saytımıza bildirilib ki, bu kimi hallarda sürücülərə qanunvericiliyin tələblərinə əsasən "102" xidmətinə məlumat vermələri ilə bağlı müvafiq təlimatlar verilir: "Eyni zamanda sərnişinlərdən ictimai nəqliyyatdan istifadə zamanı mövcud qaydalara riayət edərək digər sərnişinlərə və yol hərəkəti iştirakçılarına hörmətlə yanaşmalarını xahiş edirik".

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, sosial şəbəkədə ictimai nəqliyyatda iki nəfər arasında baş verən mübahisə ilə bağlı paylaşılan görüntülərdən məlumatlıdırlar. Tərəflərin qarşılıqlı müraciətləri əsasında müvafiq araşdırma aparılır.

Sözügedən görüntüləri təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.