Ölkə

Adnanın vəkili ilə bağlı Kollegiyadan AÇIQLAMA

23 Sentyabr 2025 17:07
Baxış: 511
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Vəkilin publik hüquqi şəxsdə fəaliyyət göstərməsi onun dövlət qulluğunda işləməsi anlamına gəlmir. Bu səbəbdən həmin qurumlarda çalışan vəkillərin peşə fəaliyyətinə heç bir məhdudiyyət tətbiq edilə bilməz".

Bu barədə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Mətbuat xidmətindən Milli.Az-a bildirilib.

Kollegiya xatırladır ki, qanunvericiliyə əsasən, yalnız dövlət qulluğunda fəaliyyət göstərən vəkilin vəkillik fəaliyyəti dayandırılır. Publik hüquqi şəxslər dövlət orqanı və ya dövlət qulluğu subyekti hesab edilmədiyi üçün, burada çalışan vəkillərin fəaliyyəti qanunla məhdudlaşdırılmır.

Qurumdan qeyd olunub:

"Vəkillərin fəaliyyəti yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Publik hüquqi şəxslərdə çalışan vəkillər isə bu kateqoriyaya aid deyillər. Ona görə də onların vəkillik fəaliyyətini davam etdirməsi tam qanunidir".

Mətbuat xidmətindən əlavə olaraq vurğulanıb ki, bəzi kütləvi informasiya vasitələrində Vəkillər Kollegiyasının üzvü Şaiq Mirzəyevin guya vəkillik fəaliyyətinə zidd hərəkətləri barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.