Rusiya

16 ildən sonra üstün açılan qətl - Uduzandan sonra sevgilisini...

19 Fevral 2022 17:48
0 Şərh     Baxış: 1 743
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İrkutskda 16 il əvvəl törədilən cinayətin üstü açılıb.

Milli.Az rus mediasına istinadən xəbər verir ki, 2006-cı il sentyabrın 13-də Matrosova küçəsində yerləşən gecə köşklərindən birində satıcı işləyən 34 yaşlı qadının meyiti tapılıb. Onu boğaraq öldürdükdən sonra kassadakı pulları da mənimsəyiblər. O zaman cinayətkarların izinə düşmək mümkün olmadığından iş dayandırılıb. Yaınız 2021-ci ildə işi yenidən qaldırıblar. Bəlli olub ki, qətli 23 və 33 yaşlarında olan iki kişi törədib.

Hər iki şəxs 2021-ci ilin avqustunda saxlanılıb. Onların oyun aparatlarından bütün pulları uduzduqdan sonra pulsuz qaldıqları, bu səbəbdən də cinayəti törətdikləri bildirilir. İndi barələrində çıxarılacaq məhkəmə hökmünü gözləyirlər.

Anar Əli
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.