Rusiya

Yol polisi manyak çıxdı - 27 qadını zorlayıbmış - FOTO

29 Dekabr 2021 20:42
0 Şərh     Baxış: 3 419
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sverdlovsk vilayət məhkəməsi Moskvada 27 qadına qarşı zorlamada təqsirli bilinərək 13 il həbs cəzası çəkən Rusiya Daxili İşlər Nazirliyinin 44 yaşlı keçmiş əməkdaşı Artur Kositsın barəsində verilən cəzanın yüngülləşdirilməsini ləğv edib.

Milli.Az xəbər verir ki, bu barədə "Lenta.ru"ya məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Keçmiş polis onun koloniyada qalmasını məcburi əməklə əvəz etməyi xahiş etmişdi. Bundan sonra prokurorluq və koloniyanın rəhbərliyi manyakın buraxılmasına qarşı çıxıb.

İstintaqın məlumatına görə, 2005-2009-cu illərdə Moskvanın Biryulevo və Zyablikovo rayonlarında 27 qadın yol polisi inspektoru işləyən Kositsının qurbanı olub. O, səkkiz zorlama, beş zorlama cəhdi, 18 zorakılıq hadisəsi və dörd cinsi təcavüzə cəhd edib. Qadınları qorxutmaq üçün polis yol müfəttişinin dəyənəyindən istifadə edib, onun içində çəngəl də olub - qurbanların boyun nahiyəsindən vururmuş.

Anar Əli
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.