Din

Dinimiz insanın özünə xəsarət yetirməsini, qan çıxarmasını qadağan edir - Hacı Şahin

8 Avqust 2022 09:22
15 Şərh     Baxış: 3 263
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dinimiz ümumiyyətlə insanın özünə xəsarət yetirməsini qadağan edir. Xüsusilə də bunu Kərbəla hadisəsi ilə əlaqələndirmək Kərbəla hadisəsinin mahiyyətini kölgəyə salır.

Bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib.

Ş.Həsənli bildirib ki, Aşura günündə insanların özünə xəsarət yetirməsi, qan çıxarması dinimizi gözdən salan, dinimizin qadağan etdiyi əməldir.

"Ona görə də bu əməlin əvəzinə insanlara qanvermə aksiyaları keçirmək təklif olunur və məscidlərdə və tibb müəssisələrində qanvermə aksiyaları təşkil olunur. Yəni dinimizin buyurduğu kimi, bir insana həyat vermək bütün bəşəriyyəti diriltmək kimidir. Bu elə Kərbəla hadisəsinin amalları ilə də üst-üstə düşür və məntiqə də uyğundur.

Ona görə də, Aşura günündə inanclı insanlar qanvermə aksiyalarında geniş iştirak edir. Hər dəfə biz müraciət edirik ki, insanlar Aşura günü bu xeyirxah əməldə birlikdə iştirak etdinlər", - deyə Ş.Həsənli əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.