Bakıda 28-ci Dünya Yarışlarının yüksək səviyyədə təşkili üçün Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm - Çingiz Hüseynzadə
Bakıda Batut Gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarının yüksək səviyyədə təşkili üçün Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə yarışların açılış mərasimində çıxışı zamanı deyib.
"Sizi Batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarının açılış mərasimində salamlayıram. 2021-ci ildə Bakıda keçirilən sonuncu mötəbər beynəlxalq yarışa ölkəmizin paytaxtı Bakı şəhərinin ev sahibliyi etməsi bizi çox fərəhləndirir. 32 ölkədən 650 idmançının iştirakının nəzərdə tutulduğu bu yarışların yüksək səviyyədə keçirilməsi, idmançıların, onların məşqçilərinin, KİV nümayəndələrinin hər birinin dünyada koronavirus pandemiyasının davam etdiyi dövrdə bu yarışlarda təhlükəsiz və komfort şəraitdə iştirakının təşkil olunması üçün lazımi olan bütün tədbirlər görülmüşdür.
Bakının müasir və gözəl arxitektura nümunələrindən biri olan ecazkar Milli Gimnastika Arenasında keçiriləcək yarışların yüksək səviyyədə təşkili üçün Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm. Artıq uzun illərdir ki, Bakıda gimnastika növləri üzrə müxtəlif mötəbər yarışlar keçirilir və bu gün açılışında iştirak etdiyimiz yarışlar da Azərbaycana, həmçinin, dünyanın ən yaxşı federasiyalarından biri nüfuzunu qazanmış Azərbaycan Gimnastika Federasiyasına göstərilən etimadın təzahürüdür. Bu yarışlar Azərbaycanın mötəbər beynəlxalq yarışların mahir təşkilatçısı kimi nüfuzunu artırmaqla yanaşı idmanın bu növünün ölkədə daha da populyarlaşmasına xidmət edəcəkdir.
Bakıda müxtəlif dünya kubokları, Avropa və dünya çempionatları yüksək səviyyədə keçirilir. 2015-ci ildə Azərbaycanda ilk Avropa oyunlarının yüksək səviyyədə keçirilməsi ölkəmizdə idmanın, olimpiya hərəkatının nə dərəcədə inkişaf etdiyini əks etdirir.
Bütün bunlar Azərbaycanın dövlət başçısı, MOK-un Prezidenti İlham Əliyevin səyləri nəticəsində mümkün olmuşdur.
Azərbaycanın paytaxtı qarşıdakı üç gün ərzində batut, tamblinq və ikili mini-batut üzrə yarışlarda gənc idmançılar mübarizə aparacaqlar. Fərdi proqramda qaliblərin müəyyənləşəcəyi bu yarışlar gələcəyin batut ulduzlarını müəyyənləşdirməklə yanaşı, əminəm ki, gimnastikanın bu növünün sonrakı inkişafında yeni, daha parlaq mərhələnin başlanğıcı olacaq.
Mən bir daha hamını bu möhtəşəm idman bayramı münasibətilə təbrik edir, bütün idmançılara və milli komandalara uğurlar arzulayıram!" - Milli Olimpiya Komitəsinin vitse-prezidenti deyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto/Video)
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Hakan Fidan Azərbaycana gəlir
-
Vuçiç Prezident İlham Əliyevin Serbiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolunu qeyd edib
XƏBƏR LENTİ
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
-
Tramp: Məğlub İran razılaşma əldə etmək istəyir
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
Sabah Yasamalda qaz olmayacaq
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
"Barselona"nın ən çox maaş verəcəyi futbolçu - (Foto)
-
"Yeraltı"nda yeni sima - (Foto)
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı - Yenilənib
-
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib - (Foto)
-
"Liverpul" klub tarixinin ən bahalı transferini edir - (Foto)
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib
-
Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb
-
Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb
-
Baş Prokurorluq Xətaidə yeniyetmənin ölümündə “Roblox”dakı zərərli məzmunun təsirini araşdırır
-
Vəfa Zeynalovanın digər qızı da xaricdə yaşayacaq - (Foto)
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto/Video)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
"Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
-
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
-
"Neftçi"də yeni müqavilə
-
Azərbaycanda sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
-
Ağdam-Ağcabədi yolunun kənarında yanğın
-
Əli Əsədov yeni qərar imzaladı





