İlham Əliyevlə Paşinyan arasında keçiriləcək Soçi görüşü kapitulyasiya aktının davamıdır - TƏHLİL
Noyabrın 26-da Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüş ötən il imzalanmış kapitulyasiya aktının davamı, məğlub Ermənistanın qalib Azərbaycanın irəli sürdüyü şərtlərə uyğun davranmağa məcbur olması, müzəffər Ordumuzun Zəfəri nəticəsində yaranmış reallıqların qəbul edilməsidir.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, kapitulyasiya aktının imzalanmasından keçən zaman kəsiyində, xüsusilə də son bir neçə ay ərzində Ermənistanın və bölgədə sülhün, əminamanlığın təmin edilməsində maraqlı olmayan dairələrin, həmçinin onların siyasi sifarişlərini icra edən erməni diaosporunun və lobbisinin atdığı bütün addımlar Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş qabiliyyəti, Prezident, Ali Baş Komandan İlham Əliyevin regional və subregional prosesləri istiqamətləndirmək bacarığı və diplomatik məharəti nəticəsində iflasa uğrayıb.
"Eyni zamanda, həm Ermənistanın Azərbaycanın Laçın və Kəlbəcər rayonları ilə həmsərhəd ərazilərində, həm də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində rəsmi İrəvanın həyata keçirdiyi və stimullaşdırdığı təxribatatların qarşısı məharətlə alınıb, revanşçı niyyətlər 44 günlük müharibə dövründə olduğu kimi, acınacaqlı məğlubiyyətə uğradılıb. Rəsmi İrəvanın regionda yeni qarşıdurma şəraitinin yaradılmasına xidmət edən addımları da Azərbaycan liderinin qətiyyətli, prinsipial mövqeyi nəticəsində fiasko ilə sonlanıb və həm daxili siyasətdə, həm də regional müstəvidə Ermənistanın öz əleyhinə yönəlib" - deyə, E.Mirzəbəyli deyib.
O qeyd edib ki, müəyyən zaman kəsiyində İkinci Qarabağ müharibəsinin nəticələri səbəbindən yaranan bəzi reallıqların dəyişə biləcəyinə ümid bəsləyən və çoxsaylı məkrli gedişləriylə buna çalışan Ermənistanın bütün ümidləri puça çıxarıldığından, rəsmi İrəvan Azərbaycanın dəyişdirilməsi mümkün olmayan şərtləri daxilində danışıqlara getməkdən, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən başqa heç bir çıxış yolunun olmadığını qəbul etməyə məcbur olub.
"Noyabrın 26-da Soçidə keçiriləcək görüş Ermənistanın postmüharibə dövründəki təxribatlarının iflasa uğradığının və məğlub ölkənin çıxılmaz duruma düşdüyünün etirafı kimi də qəbul oluna bilər" - deyə, E.Mirzəbəyli bildirib.
Politoloq Ceyhun Əhmədli isə qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın danışıqlar masasına gətirilməsi Azərbaycan dövlətinin qətiyyətli və prinsipial siyasətinin nəticəsidir.
Onun sözlərinə görə, Paşinyan növbəti dəfə regiondakı reallıqları qəbul etməyə məcbur qaldı.
"Ermənistan rəhbərliyi başa düşdü ki, Azərbaycanı hərbi ritorika ilə hədələmək onlara heç nə qazandıra bilməz. Əksinə, bu kimi təxribatlar onsuz da uğursuzluq girdabında çabalayan Ermənistan üçün daha böyük faciələr gətirə bilər. Xüsusən, sərhədyanı ərazilərdə törədilən son hərbi təxribatlar Ermənistanın acizliyini, Azərbaycanın isə gücünü və iradəsini növbəti dəfə nümayiş etdirdi. Beləliklə, artıq Ermənistanın danışıqlara cəlb olunmaqdan başqa bir çarəsi yoxdur. İrəvanın üçtərəfli bəyanatın imzalanmasının ildönümü ilə əlaqədar Soçidə keçiriləcək görüşə müsbət cavab verməsi bu aspektdən qiymətləndirilməlidir. Azərbaycan Ermənistanı məcbur etdi ki, danışqılara getsin və Azərbaycanın şərtlərini qəbul etsin" - deyə, politoloq bildirib.
Görüşün Rusiyanın vasitəçiliyi ilə baş tutacağını xatırladan C.Əhmədli qeyd edib ki, bu, öz növbəsində 10 noyabr bəyanatında yer alan müddəaların yerinə yetirilməsinə, o cümlədən kommunikasiyaların açılması və sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı sürəcə əlavə impuls verəcək.
"Bu görüşdə də diktə edən tərəf Azərbaycandır. Azərbaycan Prezidenti qalib xalqın lideri kimi Soçiyə yollanır. Ümumiyyətlə, Soçi görüşünü ötən il imzalanan kaputulasiya aktının davamı kimi xarakterizə edə bilərik.
Soçi görüşünə ümidlər böyükdür. Çünki nəzərə alaq ki, 15 dekabr tarixində Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə növbəti görüşün keçiriləcəyi nəzərdə tutulub. Moskva maksimum çalışacaq ki, Soçidə əhəmiyyətli siyasi qərarlar qəbul olunsun və Brüssel görüşü Soçi danışıqlarının kölgsində qalsın. Bu mənada istisna deyil ki, kommunikasiyaların işlək vəziyyətə gətirilməsi və sərhədlərin müəyyən edilməsi ilə bağlı mühüm razılıq əldə olunacaq.
Nəzərə alaq ki, 11 yanvar tarixində keçirilən görüşdə nəqliyyat və iqtisadiyyat əlaqələrinin açılması istiqamətində fəaliyyəti həyata keçirmək üçün baş nazirlərin müavinləri səviyyəsində xüsusi İşçi Qrup yaradılmışdı. Və ötən dövr ərzində bu qrup çərçivəsində dəfələrlə görüş və müzakirələr təşkil olunub. Əgər ali səviyyəli üçtərəfli görüş keçirilirsə, deməli, İşçi Qrup qeyd olunan istiqamətlər üzrə fəaliyyətini uğurla yekunlaşdıra bilib" - deyə, C.Əhmədli vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
XƏBƏR LENTİ
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)





