Nizami Gəncəvi yaradıcılığı ümumbəşəridir - Əli Əhmədov
Nizami Gəncəvi Azərbaycan xalqının yetişdirdiyi və dünyaya bəxş etdiyi ən böyük şairlərdən biridir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü" mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumunda çıxışı zamanı Baş nazirin müavini Əli Əhmədov deyib.
Ə.Əhmədov bildirib ki, Nizami Gəncəvinin həyatı, yaradıcılığı bilavasitə Azərbaycanla bağlıdır. Şair ömrüboyu Gəncədə yaşayıb, yaradıb:
"Nizami Gəncəvi yaradıcılığı nə qədər Azərbaycana aiddirsə, bir o qədər də ümumbəşəridir.
Hesab edirəm ki, onun əsərlərində ədalətli cəmiyyət problemi ümumbəşəri bir məsələdir. Bu onu göstərir ki, o şair olmaqla yanaşı həm də böyük mütəfəkkir, filosof olub.
O, xalqlar arasında səfir idi. Onu həm müasirləri, həm də bütün dünyanın poeziya sevərləri yad edirlər.
Nizami Gəncəvinin əsərlərinin mahiyyəti bu gün də qüvvəddədir.
Hər bir azərbaycanlının qəlbində Nizami Gəncəvi sevgisi var.
Ümid edirəm ki, bu forum Azərbaycanda və ölkədən kənarda Nizami Gəncəvi yaradıcılığına maraq və diqqəti artıracaq", - Ə.Əhmədov deyib.
Qeyd edək ki, bu gün Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş "Nizami Gəncəvi İli" çərçivəsində "Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü" mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu işə başlayıb.
Noyabrn 26-na qədər davam edəcək Nizami Gəncəvi Beynəlxalq Forumunda dahi mütəfəkkirin zəngin ədəbi irsini araşdıran 15 xarici ölkədən 40-dan çox nüfuzlu beynəlxalq alim, tədqiqatçı və elm adamları, ekspertlərin, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri iştirak edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Əlcəzair prezidenti Əlcəzair-Azərbaycan enerji sazişini təsdiqləyib
-
Overçuk: “Ermənistanın heç vaxt Rusiyadan başqa qazı olmayacaq”
-
Bakıda ilk dəfə Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək
-
Prezidenti İlham Əliyev Xorvatiya Prezidentini təbrik edib
-
Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanla bağlı bəyanat qəbul edilib
-
Bu ölkə liderləri Ermənistanda referendum keçirilməsini dəstəkləyiblər
XƏBƏR LENTİ
-
Qabyuyan maşın daha yaxşı yuyur, yoxsa əl?
-
Bir neçə qəpik xərclə maşında xoş ətir yaradın
-
Qovurma bişirərkən ən çox edilən 5 səhv
-
Narçiçəyi çayı: Faydaları, istifadə sahələri və diqqət edilməli olan məqamlar
-
“A.B.İ.”də yeni sima
-
Günün qoroskopu: Maddi mövzularda yeni fürsətlər qarşınıza çıxa bilər
-
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - FOTO
-
Roza Zərgərli Kadırovla görüşdü - FOTO
-
Cüdoçularımız Avropa Kubokunun son günündə dörd medal qazanıblar
-
Bir gündə 35 milyard dollar qazanmaq: Dell-in yüksəlişi milyarderlər siyahısını alt-üst etdi
-
Manqalda dana ətini yumşaq etməyin 4 yolu
-
Bakı səması indilərdə - FOTO
-
Müəllim vəfat etdi - FOTO
-
Joze Mourinyonun "Real Madrid" planı
-
Hacıqabulda 66 yaşlı kişidən qadın turistə qeyri-etik davranış - VİDEO
-
Oğlunun sürprizi onu kövrəltdi
-
Myanmada dəhşətli partlayış - 46 nəfər öldü - VİDEO
-
Güləş üzrə Azərbaycan çempionatında dava - VİDEO
-
Dünya ulduzu ərə getdi - FOTO
-
Sərhədsiz energetika: Bakı dünya energetikasının gələcəyinin müzakirə meydanına çevrilir
-
Əlcəzair prezidenti Əlcəzair-Azərbaycan enerji sazişini təsdiqləyib
-
Arda mövsümün ən yaxşısı seçildi
-
“Toyota Prius” 15 yaşlı qızı vurdu - FOTO
-
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı





