Siyasət
MDB dövlət başçıları qələbənin 65-ci ildönümü ilə bağlı müraciət yayıblar
4 May 2010 15:47
Baxış: 205
"2010-cu il mayın 9-da Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin xalqları 1941-1945-ci illər Böyük Vətən müharibəsində sovet xalqının Qələbəsinin 65-ci ildönümünü qeyd edirlər. Gərginliyinə və amansızlığına görə misli görünməmiş bu müharibədə çoxmillətli sovet xalqı və Sovet İttifaqının Silahlı Qüvvələri öz Vətənlərinin azadlığını və müstəqilliyini qoruyub-saxlayıb, dünyanın bir sıra ölkələrini faşizm əsarətindən xilas ediblər". Bu barədə MDB İcraiyyə Komitəsinin rəsmi saytında yerləşdirilən müraciətdə deyilir.
"Xalqlarımız ön və arxa cəbhələrdə fədakarlıq və kütləvi qəhrəmanlıq, vətənpərvərlik və beynəlmiləlçilik, misilsiz dözüm nümayiş etdiriblər. Bunlarsız qalib gəlmək mümkün olmazdı. Bu cür sarsılmazlıq, bu cür qələbə əzmi tarixdə görünməyib", - sənəddə qeyd olunur.
"İllər keçir, lakin xalqlarımızın göstərdiyi igidliyin əzəməti solmur. Bizi o hadisələrdən uzaqlaşdıran müddət artdıqca, gələcək nəsillərin yaşamaq hüququnu qorumuş Qələbə əsgərlərinin tarixi missiyasının əhəmiyyəti daha aydın dərk edilir. Buna görə də biz bu gün Birlik iştirakçısı olan dövlətlərin xalqlarına və dünya ictimaiyyətinə müraciətlə hazırda bizim dövlətlərdə yaşayan veteranlara "Sağ olun!" deyirik. Biz qalib gəlmiş qəhrəmanlara ehtiramımızı təkcə sözlə deyil, həm də əməli işlə bildirməyə, müharibə iştirakçılarına və arxa cəbhə əməkçilərinə gündəlik qayğı və diqqət göstərməyə, onlar üçün layiqli həyat şəraiti yaratmağa çağırırıq", - müraciətdə deyilir.
"9 May - Qələbə Günü - son dərəcə amansız, dəhşətli döyüşlərdə həlak olmuş milyonlarla insanın xatirəsinə dərin ehtiram günü kimi, ümumxalq hüzn, ədalətin təntənəsi və insanlarımızın qəlbində qürur günü kimi qalacaq. Böyük Vətən müharibəsi illərində qəhrəmancasına həlak olmuş insanların adları bizim üçün müqəddəs və əzizdir. Vətənimizi qoruyub-saxlamaq naminə, azadlığımız naminə canlarından keçmiş insanlar qarşısında hədsiz dərəcədə borcluyuq", - dövlət başçılarının müraciətində bildirilir.
"Biz dünyanı faşizmdən xilas etmiş döyüşçülərin və arxa cəbhə əməkçilərinin fədakarlığını unutmayacağıq", - müraciətdə qeyd olunur.
MDB dövlət başçıları Vətənin azadlığı və müstəqilliyi uğrunda həlak olmuş insanların xatirəsini ehtiramla yad etməyə, döyüşçülərin məzarlarının, memorial komplekslərin, abidələrin və heykəllərin, həmçinin partizanların, o vaxt gizli fəaliyyət göstərən könüllülərin, faşist düşərgələrində olmuş məhbusların məzarlarının qorunmasına və lazımi vəziyyətdə saxlanılmasına daim qayğı göstərməyə, Böyük Vətən müharibəsi illərində faşist işğalçılarının qətlə yetirdiyi döyüşçülərin və mülki vətəndaşların məzarlarının axtarışı ilə bağlı işləri fəallaşdırmağa çağırırlar: "Biz Qələbəni özümüzünkü və özgələrinki hesab etmirik, nasizmə müqavimət göstərənlərin mərdliyinə həmişə hörmətimizi bildiririk. Antihitler koalisiyası üzrə müttəfiqlərimizin Qələbəyə töhfəsini, onların bizə köməyini xatırlayırıq. Lakin ən geniş miqyaslı və nəticə etibarilə əsas hadisələr sovet - alman cəbhəsində baş verib. Müharibə illərində bizim ölkələr on milyonlarla vətəndaşını itirib. Döyüş meydanlarında həlak olanlar arasında bütün millətlərin nümayəndələri vardı".
Qələbənin qazanılmasına bizim dövlətlərin xalqlarının həlledici töhfə verdiyini nəzərə alaraq, dövlət başçıları böyüməkdə olan nəsildə ümumi qəhrəmanlıq tariximizə və faşizmə qarşı mübarizədə böyük igidliyə görə qürur hissi tərbiyə etməyə çağırır: "Biz beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, BMT Nizamnaməsinin və Helsinki Yekun Aktının müddəalarına sadiq qaldığımızı təsdiqləyərək, dünyada təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi üçün qarşılıqlı əlaqələri fəallaşdırmağa, beynəlxalq terrorizmə və ekstremizmə qarşı mübarizəyə, mövcud münaqişələrin dinc siyasi yollarla tənzimlənməsinə və baş verə biləcək yeni münaqişələrin qarşısının alınmasına yönəlmiş səyləri artırmağa çağırırıq".

/Trend/
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov ABŞ nümayəndəsi ilə Strateji Tərəfdaşlıq Xartiyası və TRIPP layihəsini müzakirə edib - (Foto)
-
Prezident Oman Sultanını milli bayram münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Latviya Prezidentini təbrik edib
-
Almaniya Ermənistanla sülh istiqamətində addımlarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsində yardım göstərə bilər
-
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar
-
Qazaxda ağır qəza - 3 nəfər ölüb, xəsarət alanlar var - Yenilənib - (Foto)
-
Ceyhun Bayramov ABŞ nümayəndəsi ilə Strateji Tərəfdaşlıq Xartiyası və TRIPP layihəsini müzakirə edib - (Foto)
-
Azərbaycana nərə kürüsü gətirmək bahalaşacaq
-
Mbappedən Arda ilə bağlı paylaşım
-
Timati 1,5 milyardlıq avtomobil aldı - (Foto)
-
Polşa prezidentindən Trampa qeyri-adi ad günü hədiyyəsi - (Foto)
-
Sabah Qəbələdə qaz olmayacaq
-
Generalın qızı ilə bağlı qərar verilib
-
İmamoğlu da daxil olmaqla 9 nəfərə həbs cəzası verilib
-
Tanınmış rus bloger İslamı qəbul etdi
-
Dənizdə batan 20 yaşlı Nəsrəddinin fotosu - Yenilənib - (Video)
-
Oqtay Rəcəbovun 85 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib - (Foto)
-
Qızılın qiyməti kəskin ucuzlaşdı
-
Sosial şəbəkədəki şəkillərinə görə bacısını öldürübmüş... – Gülarənin qətlinin təfərrüatı - Yenilənib - (Foto)
-
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə reaksiya
-
Narkotik əməliyyatlarında həbs edilənlər var - (Video)
-
Almaniyalı nazir Bakıda yepiskop, ravvin və imamla görüşdü - (Foto)
-
Azərbaycanda 6 vəkil Kollegiyadan xaric edilib, 2 vəkilin fəaliyyəti dayandırılıb
-
146 qayçı zərbəsi ilə arvadını öldürən Azərbaycan vətəndaşına ömürlük həbs tələbi
-
"Qalatasaray" müdafiəçisini göndərir
-
Dövlət qulluğu imtahanı ləğv edildi – Ödənişlər qaytarılacaq
-
Ermənistanla Zəngilan istiqamətində delimitasiya aparılacaq
-
Bayrağı salamlayırdı, avtomobil vurdu - (Video)