Siyasət

Qarabağda ilk pravoslav kilsəsi tikildi: Bakının icazəsi varmı?

11 Noyabr 2021 10:48
1 Şərh     Baxış: 1 232

Xankəndi yaxınlığındakı hərbi şəhərciyin ərazisində ilk pravoslav kilsəsi açılıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, açılış mərasimində Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradov və Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri Gennadi Anaşkin iştirak ediblər.

"Təəssüf ki, Qarabağda heç bir rus kilsəsi salamat qalmayıb. Sovet hakimiyyəti illərində hamısı bolşeviklər tərəfindən dağıdılıb və buna görə də İsanın mövludu şərəfinə ucaldılan Rus Pravoslav Kilsəsi dini, tarixi əhəmiyyət kəsb edir", - "Xankəndi rus icmasının sədri" Aleksandr Bodrov deyib.

Qeyd edək ki, Xankəndidə rus icmasının olması olduqca qəribə məlumatdır. Eyni zamanda, bu kilsənin kimin tabeliyində olacağı və rəsmi Bakının tikinti ilə bağlı icazəsinin olub-olmadığı barədə məlumat yoxdur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.