Siyasət

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli oldu

25 Oktyabr 2021 16:22
Baxış: 2 449

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana qısamüddətli işgüzar səfərinin proqramı açıqlanıb.

Milli.Az bildirir ki, Türkiyə Prezidenti Dəftərxanasının rəsmi açıqlamasında vurğulanır:

"Prezident Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevin dəvəti ilə oktyabrın 26-da Azərbaycanda birgünlük işgüzar səfərdə olacaq. Dövlət başçıları Füzuli Beynəlxalq Hava Limanının - Azərbaycanın erməni işğalından azad edilmiş Qarabağ bölgəsində ilk hava limanının açılış mərasimində, bölgədə yeni avtomagistralın təməlinin qoyulması və Türkiyənin iştirakı ilə Zəngilan raoynunda inşa ediləcək "Ağıllı aqrokompleks"in təməlinin qoyulma mərasimlərində iştirak edəcəklər.

Səfər əsnasında aparılacaq müzakirələr Türkiyə-Azərbaycan münasibətlərinin bütün sahələrinə və iki ölkə arasındakı əməkdaşlığın daha da dərinləşməsi istiqamətində atılacaq addımlara həsr olunacaq.

İkitərəfli münasibətlərdən savayı, regional və beynəlxalq olaylara da toxunulacaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.