Qarabağ Müharibəsində məhv edilən erməni idmançılar və digər məşhurlar - SİYAHI
II Qarabağ Müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə başa çatdı.
Azərbaycan Ordusu 44 gün ərzində Ermənistan Ordusunu və onun möhkəmləndirilmiş hərbi mövqelərini darmadağın edərək 30 illik işğala son qoydu.
Milli.Az sportinfo.az-a istinadən bildirir ki, döyüşlərdə rəsmi məlumatalara görə 4 min, qeyri-rəsmi məlumatala əsasən isə 7 minə qədər erməni hərbçisi və onlara qoşulan muzdlular məhv edilib.
Onlar arasında bir çox məşhurlar da yer alıb. Qeyd olunmalıdır ki, döyüş meydanlında fiziki cəhətdən məhv edilən düşmən məşhurları ilə yanaşı, müəyyən səbəblərdən hərbi əməliyyatlarda iştirak etməyən, yayınan bir çox məşhurlar da məğlubiyyətin verdiyi mənəvi stress fonunda ölüblər.
Onlar arasında Birinci Qarabağ Müharibəsində Şuşanın işğalına rəhbərlik etmiş general-mayor Arkadi Ter-Tadevosyan da var. Tadevosyan 2021-ci il martın 31-də İrəvanda öldü. Keçmiş döyüş yoldaşları "Arkadini Şuşanın itirilməsi acısı öldürdü"-deyə onun ölümünü şərh edirdilər.
Birinci Qarabağ Müharibəsinin daha bir iştirakçısı, hərbi cinayətkar Manvel Qriqoryan da Qarabağ məğlubiyyətinin şokundan ölmüşdü. O 2020-ci il noyabrın 19-da 64 yaşında evində ölmüşdü. Azərbaycanlılara qarşı xüsusi amansızlığı ilə seçilən Qriqoryan barəsində bir neçə maddə ilə cinayət işi açılmışdı.
Sportinfo.az modern.az-a istinadla 44 günlük hərbi əməliyyatlar dövründə məhv edilən erməni məşhurların siyahısını təqdim edir.
Qarabağ döyüşləri sırasında top atışı zamanı çəkilən fotosu ilə məşhurlaşana 19 yaşlı Albert Ovannisyan sentyabrın 29-da ölmüşdü.
Oktyabrın 5-də "Alaşkert-2" klubunun oyunçisu 22 yaşlı Liparit Daştoyan Qarabağda ölmüşdü.
Qarabağ uğrunda gedən döyüşlərdə triatlon və pauerliftinq üzrə Ermənistan çempionu Tatul Arutunyan məhv edilmişdi. O, oktyabrın 4-də məhv edilib.
Oktybarın 6-da Qarabağda gedən döyüşlərə könüllü qatılmış Livan ermənisi, opera müğənnisi Qevorq Xacyan məhv edilib.
Yerevanın "Lokomotiv" klubunun yarımmüdafiəçisi 18 yaşlı Erik Saryan oktyabrın 17-də döyüşlər zamanı öldürülmüşdü.
Qarabağda gedən döyüşlərdə "Qara pantera" könüllü hərbi birləşməsinin komandiri, Ermənistan parlamentinin eks-deputatı Rüstəm Qasparyan öldü. O 26 yaşlı oğlu ilə birlikdə dron zərbəsi zamanı məhv edilmişdi. Rüstəm Qasparyan I Qarabağ Müharibəsində də aktiv iştirak edib.
Oktybarın 21-də Yerevan Dövlət Pantomima Teatrının artisti 36 yaşlı Ovannes Acinyan öldü.
Ermənistanın gənclərdən ibarət basketbol komandasının oyunçusu Aram Mkrtçyan da döyüşlərə qatılmışdı. Onun cəsədi 2021-ci ilin aprelində Cəbrayıl rayonu istimamətində tapılmışdı.
"Erməni Milli Konqresi"nin üzvü, eks-deputat David Matevosyan oktyabrın 23-də Xocavənd rayonu istiqamətində məhv edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
XƏBƏR LENTİ
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)





