Siyasət

Bakıdan uçan təyyarə İrəvana eniş etdi - Göyərtədə kimlər vardı? - VİDEO

7 Sentyabr 2021 21:54
0 Şərh     Baxış: 13 460

Azərbaycan iki hərbi əsiri Ermənistana təhvil verdi.

Milli.Az bildirir ki, Bakıdan uçan təyyarə İrəvana eniş edib.

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradovunmüşayiəti ilə iki hərbi əsir - Artur Nalbandyan və Armais Torozyan azərbaycanlı hərbçi Cəmil Babayevlə dəyişdirilir.

Həmin ermənilər iyulun 14-də səhər saatlarında Zəngəzurda Qara göl yaxınlığında itən əsgərlərdir.

Avqustun 25-i Cəmil Babayev sülhməramlıların nəzarətində olan Ağdərə rayonuna keçib.

Bundan sonra Azərbaycan tərəfi Cəmil Babayevin Gəncədəki (Ağdərədən təqribən 140 km aralıda - red.) psixiatrik xəstəxanadan qaçaraq sülhməramlıların xidmət etdiyi əraziyə keçdiyini bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.