Cəmiyyət

Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi vəfat etdi

4 Sentyabr 2021 19:38
0 Şərh     Baxış: 1 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın Əməkdar mədəniyyət işçisi Nairə Sadıxova dünyasını dəyişib.

Milli.Az azxeber.com-a istinadən bildirir ki, Mədəniyyət Nazirliyinin Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin elmi işlər üzrə direktor müavini N.Sadıxova 57 yaşında vəfat edib.

Qeyd edək ki, N. Sadıxova 1964-cü il iyul ayının 21-də Bakı şəhərində anadan olub. 1986-2001-ci illərdə Mədəniyyət Nazirliyinin Respublika Elmi-Metodiki Mərkəzində redaktor, böyük elmi işçi işləyib. 2001-ci ildən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzində kiçik elmi işçi, böyük elmi işçi, baş mühafiz, elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb.

2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi " fəxri adı ilə təltif edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.