Siyasət

Kamran Əliyev Ankaraya səfərə gedib

1 Sentyabr 2021 10:27
Baxış: 581

Baş prokuror Kamran Əliyev Türkiyənin paytaxtı Ankara şəhərinə səfərə gedib.

Baş Prokurorluqdan Milli.Az-a verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Mehmet Akarca və Baş prokuroru Bekir Şahinin dəvəti ilə qardaş ölkənin Ali Məhkəməsi və Baş Prokurorluğunun yeni inzibati kompleksinin açılışında, həmçinin "Kassasiya instansiyası məhkəmələrində mükəmməllik" mövzusunda keçiriləcək beynəlxalq simpoziumda iştirak məqsədilə Ankara şəhərinə səfərə gedib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.