Siyasət

Müdafiə nazirinin müavini Moskvada səfərdədir

23 Avqust 2021 14:09
0 Şərh     Baxış: 1 059

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov "Beynəlxalq Ordu Oyunları - 2021" yarışlarının açılış mərasimində iştirak etmək üçün Moskvada səfərdədir.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan hərbçiləri "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində Rusiyada "Tank biatlonu" və "Mədəniyyət Ordusu", İran İslam Respublikasında "Dəniz kuboku", Qazaxıstanda "Artilleriya atəşinin ustaları" müsabiqələrində iştirak edir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.