Siyasət

Daha 2 siyasi partiya ofis sahəsi ilə təmin olunub - FOTO

11 Avqust 2021 16:18
1 Şərh     Baxış: 733

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, fəaliyyət imkanlarının genişləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması məqsədilə siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təminatı prosesi davam etdirilir.

İqtisadiyyat Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daha 2 siyasi partiyaya fəaliyyət göstərmələri üçün ofis sahəsi təqdim edilib.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayev və Yeni Zaman Partiyasının sədri Musa Ağayev fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.