Siyasət

Azərbaycan nümayəndə heyəti andiçmədə iştirak üçün İrana gedib

5 Avqust 2021 11:52
Baxış: 981

Parlamentin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti İranın yeni seçilən prezidentinin inauqurasiya mərasimində iştirak etmək üçün Tehrana səfər edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, nümayəndə heyətinin tərkibinə Baş nazirin müavini Şahin Mustafayev və diplomatlar daxildir. Azərbaycan heyətini Tehranda İran parlamentinin rəsmiləri qarşılayıblar.

İranın yeni prezidenti İbrahim Rəisinin inauqurasiya mərasimi 17:00-da İran parlamentində başlayacaq. Mərasimə 73 ölkədən 115 rəsmi şəxs, o cümlədən 10 ölkə prezidenti, 20 parlament sədri, 11 xarici işlər naziri qatılacaq.

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.